Trampın Zelenskiyə təziyiqinə görə impiçmentlə üzləşə bilər
"“Ölkə.Az” xəbər verir ki, ABŞ Konqresi prezidentin Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqlərini aşkar edərsə, o zaman Trampa impiçment elan edə bilər.
“İmpiçment vəziyyətdən yeganə çıxış yolu olacaq”- Konqresin nümayənədlər palatasının kəşfiyyat məsələləri üzrə komitəsinin sədri Adam Şiff CNN-ə açıqlamasında deyib.
Qeyd edək ki, mətbuat Trampın Zelenskidən ABŞ-ın sabiq vitse-prezideti Co Baydenin oğlu Hanter Bayden haqqında araşdırmalara başlamasını tələb edib. H. Bayden 2019-cu ilədək Ukraynanın Burisma Holdings qaz şirkətinin Direktorlar Şurasına daxil olub.
Bu məlumatdan sonra Bayden Trampdan Zelenski ilə danışıqlarının stenoqramını tələb edib. Tramp isə deyilənləri təkzib edərək, bunun növbəti prezident seçkilərində rəqibi tərəfindən ona qarşı həyata keçirdiyi qara piar olduğunu qeyd edib.
Onu da qeyd edək ki, Co Bayden də 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət