Dərc edildi: Baxış sayı: 488
Trampın yaxın adamı koronavirusa yoluxdu
ABŞ senatoru, Respublikaçılar Partiyasının üzvü Rand Paulun koronavirusla əlaqədar keçirdiyi testin nəticəsi pozitiv olub.
Axar.az xəbər verir ki, bu barədə məlumat Rand Paula məxsus Tvitter səhifəsində qeyd edilib. Senatorun qabaqlayıcı tədbir məqsədiylə keçirdiyi testin cavabının pozitiv çıxdığı və bu səbəbdən karantində olduğu bildirilib:
"Senator hazırda özünü yaxşı hiss edir və karantindədir. Virusun əlamətləri yox idi, çoxsaylı səfərlər və tədbirlərdə iştirakı ilə əlaqədar olaraq test etdirdi".
Qeyd edək ki, R.Paul Trampa yaxın şəxslərdən hesab olunur. O, ABŞ senatında koronavirusa yoluxan ilk şəxsdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət