Slimfit
  1. DÜNYA

Trampın "TikTok"a qadağa qoymasına Zukerberq səbəb olub?

Trampın "TikTok"a qadağa qoymasına Zukerberq səbəb olub?
Sakura

Trampın "TikTok"a qadağa qoymasına Zukerberq səbəb olub?

Ağ Evin ABŞ vətəndaşlarının "TikTok"a sahib olan "ByteDance" ilə sövdələşmələrini qadağan etmək qərarına "Facebook"un qurucusu Mark Zukerberqin təsir göstərdiyi ehtimal olunur.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilir ki, Zukerberq ABŞ Prezidenti Donald Trampın 2019-cu ilin oktyabrında Ağ Evdə təşkil etdiyi xüsusi şam yeməyi zamanı Çin texnoloji şirkətlərinin artmasının ABŞ biznesinə təhdid olduğunu deyib.

O, ABŞ rəsmiləri və konqresmenləri ilə söhbət edərkən "TikTok" haqqında danışıb.

Zukerberq həmçinin Corctaun universitetinin tələbələri ilə görüşdə "TikTok"un "Facebook"un ifadə azadlığına dair öhdəliklərini bölüşmədiyini, ABŞ dəyərlərini və texnoloji üstünlüyünü təhdid etdiyini bildirib.

Mənbə: Sonxeber.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR