Dərc edildi: Baxış sayı: 507
Trampın seçkiqabağı qərargahının sabiq müşavirinə hökm oxunub
ABŞ-ın Kolumbiya ştatının federal məhkəməsi prezident Donald Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Rik Geyts barəsində qərarını açıqlayıb.
“Report” xəbər verir ki, qərara əsasən Rik Geytsə 45 gün həbs və üç il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib.
R. Geyts, Federal Təhqiqatlar Bürosuna (FTB) yalan ifadə verməkdə təqsirli bilinib.
Qeyd edək ki, 8 mart tarixində ABŞ-ın Virciniya ştatının federal məhkəməsi prezident Donald Trampın seçkiqabağı qərargahının sabiq rəhbəri Pol Manafortu fırıldaqçılıqda günahkar bilərək, 47 ay müddətinə həbs cəzasına məhkum etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət