Dərc edildi: Baxış sayı: 457
Trampın reytinqi rekord həddə çatdı
ABŞ prezidenti Donald Trampın yeni koronavirusun yayılması fonunda reytinqi andiçmə günündən bəri rekord həddə yüksəlib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu, “Fox News”un aprelin 4-dən 7-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Belə ki, sorğunun nəticəsinə əsasən, Trampın fəaliyyətini 48% amerikalı dəstəkləyir. Bu, Tramp üçün indiyədək rəy sorğularında əldə olunan ən yüksək göstərici sayılır.
Bundan başqa, respondentlərin 94% -i koronavirusdan narahat olduqlarını bildirib. Sorğuda iştirak edənlərin 76% -i yoluxmaqdan qorxduqlarını etiraf ediblər.
Sorğu ölkə daxilində, təxminən, 1 100 amerikalı arasında aparılıb. Onlara suallar telefonla verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət