Dərc edildi: Baxış sayı: 537
Trampın qərarı tam amnistiya deyil - Lourens Kudloun
“Huawei” şirkəti üzərindəki sanksiyaların müvəqqəti ləğvi haqqında ABŞ prezidenti Donald Trampın qərarı tam amnistiya deyil.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin Milli iqtisadi şurasının başçısı Lourens Kudloun bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin ləğvi Çin şirkətinin Amerika şirkətlərinə edilən bütün çatdırmalarına aid deyil. Kudlou qeyd edib ki, ABŞ Ticarət Nazirliyi ümumi təyinatlı malların çatdırılmasına müvəqqəti lisenziya verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət