Slimfit
  1. DÜNYA

Trampın müşaviri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən imtina edib

Trampın müşaviri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən imtina edib
Sakura

Trampın müşaviri Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə təkbətək görüşdən imtina edib

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina edib.

Report” xəbər verir ki, bunu “Qraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, səfər proqramına əsasən C.Bolton Ermənistanda ilk görüşü A.Qriqoryanla keçirməli imiş, ancaq onun şəxisyyətindən ehtiyat etidiy üçün bu baş tutmayıb: “Düzdür, Con Bolton Təhlükəsizlik Şurasına baş çəkib. Ancaq Armen Qriqoryanla təkbətək görüş keçirməyib. Görüş zamanı bir tərəfdə Con Bolton qarşı tərəfdə isə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub. Günün sonunda Qriqoryan onu şam yeməyinə dəvət etsə də Con Bolton bundan imtina edib. Amerikalı rəsmi Yerevanda keçirdiyi mətbuat konfransından sonra Ermənistanı tərk edib”.

Qeyd edək ki, C.Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. O, Yerevanda Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ayrılıqda, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Təhlükəsizlik Şurasının katibi A.Qriqoryanla isə birlikdə görüşüb. 

Xatırladaq ki, A.Qriqoryan Yerevan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, eləcə Ermənistan Amerika Universitetini bitirib. O, Rusiyanın beynəlxalq qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edib. A.Qriqoryan 2018-ci ilin mayında bu vəzifəyə təyin olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR