Trampın impiçmenti üzrə səsvermənin tarixi açıqlanıb
Bu barədə “Associated Press” agentliyi məlumat verir.
Bildirilir ki, səsvermə fevralın 5-də yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə cümə axşamı 01:00-da) başlayacaq.
Qeyd edək ki, 2019-cu ilin dekarın 19-da Nümayəndələr Palatası impiçment proseduru çərçivəsində Trampın barəsində ittiham rəyini təsdiq edib.
ABŞ prezidenti rəsmi olaraq impiçment çərçivəsində iki maddə üzrə ittiham edilib: hakimiyyətdən sui-istifadə etmək və Konqresin işinə mane olmaq.
Xatırladaq ki, Trampın Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığı qalmaqala və ABŞ prezidentinin impiçmenti prosedurunun işə salınmasına gətirib çıxardı.
İddiaya görə, telefon danışığı zamanı Tramp Zelenskiyə bildirib ki, Bayden və oğlu barədə araşdırma aparılmasa, ABŞ Ukraynaya 250 milyon dollarlıq yardımı dayandıracaq.
Bildirək ki, Bayden növbəti seçkilərdə demokratlardan prezidentliyə əsas iddiaçıdır və onun oğlu Hanter Bayden Ukraynada vaxtilə bizneslə məşğul olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət