Dərc edildi: Baxış sayı: 489
Trampın impiçment prosesinə Rusiyadan baxış
Demokratlar ABŞ Prezidenti Donald Trampın impiçmentinə nail olmadılar və bu, Trampın seçkilər öncəsi mövqeyini gücləndirəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib. Onun sözlərinə görə, Demokratlar Partiyasının uğursuzluğu böyük ehtimalla Trampın yolunu açacaq.
O, demokratların bu proses nəticəsində öz ayaqlarına atəş açdıqlarını bildirib:
“Tramp indi öz mövqeyini gücləndirib. Güman etmək olar ki, o, situasiyadan maksimum yararlanacaq”.
Qeyd edək ki, Trampa qarşı başlayan impiçment prosesindən sonra onun reytinqi maksimum səviyyəyə (49%) qalxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət