Slimfit
  1. DÜNYA

Trampın Ərdoğana yazdığı təhdidedici məktub

Trampın Ərdoğana yazdığı təhdidedici məktub
Sakura

Trampın Ərdoğana yazdığı təhdidedici məktub

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana Suriya məsələsi ilə bağlı məktubu gündəm olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp Ərdoğana məktub yazaraq təhdid edib. Türkiyənin Suriyada əməliyyata başlaması ilə bağlı yazılan həmin məktub siyasətçilər tərəfindən tənqid edilib. Həmin məktubun mətni belədir:  
"Hörmətli prezident,
Gəlin yaxşı bir razılaşmaya gələk. Siz minlərcə adamın öldürülməsindən məsul olmaq istəməzsiniz, mən də Türk iqtisadiyyatını yox etmək istəmirəm, bilirsiniz ki, edərəm. Edə bildiklərimin az bir hissəsini rahib Branson məsələsində göstərmişəm. Sizin problemləriniz həll etmək üçün çalışıram. Dünyanı xəyal qırıqlığına uğratmayın. General Mazlum (PKK üzvü) sizinlə razılığa gəlmək istəyir. Onun mənə yazdığı məktubu sizə göndərirəm.
Əgər bunu doğru və insani şəkildə edə bilsəniz, tarix sizə yaxşı baxacaq. Əgər yaxşı şeylər baş verməsə tarix sizi sonsuza qədər şeytan kimi görəcək. Sərt adam olmayın, axmaq olmayın.
Sizə sonra zəng edəcəm
Hörmətlə, Donald Tramp".
Qeyd edək ki, məktub, oktyabr ayının 9-da, Türkiyənin Suriyanın şimalında "Barış pınarı" adlı hərbi əməliyyata başlamasından əvvəl yazılıb və göndərilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR