Trampın Ərdoğana göndərdiyi məktuba Rusiyadan dərhal reaksiya gəldi
ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Suriyadakı hərəkatdan əvvəl yazdığı diplomatik dildən uzaq məktubla bağlı Rusiyadan ard-arda açıqlamalar gəlib.
Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov məktubun dilini dövlət başçıları arasında nadir rast gəlinən və vərdiş edilməyən tip hesab edir.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Rusiyanın bölgədəki hərəkatla bağlı mövqeyini bir daha dilə gətirib: “Suriyada və ümumilikdə, bu bölgədə daimi sabitlik və təhlükəsizliyin təmin olunmasının yalnız Suriyanın suverenliyinin və ərazi bütövlüyünün təsis edilməsi ilə mümkün olduğuna inanırıq. Bu, ən nəhayətində Türkiyə sərhədindəkilər də daxil olmaqla, bütün milli torpaqların Suriya hökumətinin nəzarətinə verilməsi anlamına gəlir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət