Slimfit
  1. DÜNYA

Trampın baş müşavirini İrəvana göndərməsinin şok səbəbləri

Trampın baş müşavirini İrəvana göndərməsinin şok səbəbləri
Sakura

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə…

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Publika.az
 xəbər verir ki, Boltonun region ölkələrindən Ermənistana gəlişi Paşinyan hakimiyyətini cəzalandırmaq məqsədi daşıdığı deyilir.

Bu barədə yazan erməni şərhçi Sərkis Artsruni Boltonun gəlişinin təsadüfi olmadığını hesab edir.

“O, ABŞ-ın yeni siyasətinin əsas memarlarından biridir. Əlbəttə, Bolton Gürcüstan və Azərbaycana da səfər edəcək. Bu ölkələr ABŞ-la sıx əməkdaşlıq təcrübəsinə malikdirlər və Boltona hazır təkliflər paketi verə biləcəklər. Ermənistanda isə situasiya fərqlidir. Boltonun İrəvanda əsas müzakirə edəcəyi məsələ Ermənistanın Suriyada Rusiya missiyasına qoşulmasıdır. Bu, Vaşinqtonu qəzəbləndirir. Ermənistan hakimiyyətinin arqumenti bu olacaq ki, missiya humanitardır və Suriyada erməni icmasının təhlükəsizliyinə hesablanıb. Lakin Vaşinqton “göz yaşları”na inanmayacaq, çünki amerikalılar Paşinyan hakimiyyətinin bu addımını öz maraqlarına qarşı atılmış hesab edirlər. Digər tərəfdən, missiyanın tərkibində istehkamçıların olması o deməkdir ki, erməni missiyası Əsədin ordusuna kömək edəcək”, - deyə Artsruni qeyd edir.

Erməni şərhçi Suriyaya göndəriləcək erməni missiyasının məxfi saxlanıldığını diqqətə çatdırıb: “Zəruridir ki, bu missiya məxfilikdən çıxarılsın”.

Artsruni qeyd edir ki, Paşinyan hökuməti Boltona Ermənistan-İran münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini də izah etməlidir.

“Trampın ən yüksək səviyyəli müşavirinin bu arqumentlərə inanacağı və izahı qəbul edəcəyi ehtimalı çox azdır”, - deyə o vurğulayıb.

S. Artsruni hələ ötən həftə də yazırdı ki, Paşinyan hökumətinin Rusiyanın Suriyadakı humanitar missiyasına qoşulması ABŞ-ı qəzəbləndirib: “Amerika Ermənistan hakimiyyətindən izahat tələb edir. Ermənistan hakimiyyəti bu addımlarla Putinin qəlbini fəth etmək istəyir, lakin bu, Qərbdə birmənalı qarşılanmadı. Hazırda ABŞ-la İrəvan arasında münasibətlər heç də yüksək səviyyədə deyil. Ermənistanın belə bir missiyasının tərkibində olması Vaşinqton tərəfindən olduqca həssas qarşılana bilər. Təsadüfi deyil ki, Ermənistanın Suriyada rus missiyasına qoşulması Vaşinqtonda ABŞ maraqlarına zərbə endirilməsi kimi qəbul edildi. Vaşinqtondan göndərilən nümayəndə də İrəvanda Paşinyandan izahat tələb edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR