Slimfit
  1. DÜNYA

Trampdan Londona xəbərdarlıq: Bunu ləğv etməsəniz...

Trampdan Londona xəbərdarlıq: Bunu ləğv etməsəniz...
Sakura

Trampdan Londona xəbərdarlıq: Bunu ləğv etməsəniz...

ABŞ Prezident Administrasiyası rəqəmsal xidmətlər təklif edən böyük şirkətlərə vergi tətbiqinin dayandırılması ilə bağlı Britaniyaya xəbərdarlıq edib. Vaşinqton əks təqdirdə ABŞ-ın iki ölkə arasında imzalanması nəzərdə tutulan azad ticarət razılaşmasından imtina edəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Deyli Teleqraf” öz etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, bu xəbərdarlıq Britaniya hökumətinə bir neçə səviyyədə edilib.

Qeyd edək ki, 2% həcmində rəqəmsal verginin tətbiqiylə bağlı təklif Britaniyanın keçmiş maliyyə naziri Filip Hammond tərəfindən edilib. Bu təklifin 2019-cu ilin payızında Britaniya parlamentində müzakirəyə çıxarılması nəzərdə tutulub. Rəsmi London bunun sayəsində 2022-ci ilə qədər büdcəyə 486 milyon dollar vəsait cəlb etməyi planlaşdırıb. Britaniyanın yeni Maliyyə naziri Sacid Cavid bu məsələ ilə bağlı hələlik mövqeyini açıqlamayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR