Dərc edildi: Baxış sayı: 555
Trampa minlərlə impiçment başladılmalıdır – Maduro
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosesinin başladılması məsələsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti hər gün dünya ölkələrinin prezidentlərini və baş nazirlərini digər ölkələri, o cümlədən Venesuelanı şantaj etməyə çağırır. Maduro qeyd edib ki, şantaj iqtisadi yardımdan, kreditlərdən və hücumlardan məhrum olmaqda özünü göstərir.
“Dünyanı Venesuelaya qarşı şantaj etdiyi üçün ona qarşı minlərlə impiçment elan edilməlidir”, - Maduro bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət