Slimfit
  1. AZƏRBAYCAN

Trampa çağırış - “erməni soyqırımı”nı tanı

Trampa çağırış - “erməni soyqırımı”nı tanı
Sakura

Trampa çağırış - “erməni soyqırımı”nı tanı

ABŞ konqressmeni Ted Lyu Ankara ilə Vaşinqton arasındakı münasibətlərin pisləşməsindən istifadə edərək prezident Donald Trampı “erməni soyqırımı”nı tanımağa çağırıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Lyu ABŞ prezidentinin Türkiyədən idxal edilən polad və alüminiuma ikiqat gömrük rüsümü tətbiq edilməsilə bağlı qərarını dəstəklədiyini və hadisələrin bu cür inkişafı fonunda Trampın “erməni soyqırımı”nı da tanımalı olduğunu bildirib.

“Mən Trampla razıyam. Türkiyə avtoritarizmə cəhd edir və getdikcə daha çox anti-Amerika mövqeli olur. Konqressmenlərin bir çoxu “erməni soyqırımı”nın tanınmasına təkid edirlər. Mən Trampı bunu etməyə (saxta soyqırımı tanımağa – red.) çağırıram. ABŞ tarixi faktlara məhəl qoymamağa davam etməməlidir.” - deyə, amerikalı konqressmen bəyan edib. 

Qeyd edək ki, Ted Lyu ABŞ Konqressinin erməni lobbisinə işlən üzvlərindəndir və apreldə uydurma erməni soyqırımının tanınması üçün Trampa ünvanlanan məktuba imza atanlardan olub. 

Ötən gün ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, digər ölkələr tətbiq etdiyi ticarət tariflərini Türkiyəyə də tətbiq etmək barədə qərar qəbul edib. Tramp öz tvitter səhifəsində bəyan edib ki, bundan sonra Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. 


Leyla Elbrusqızı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR