Slimfit
  1. DÜNYA

Tramp Zelenski ilə telefon söhbətində onu qorxudub?

Tramp Zelenski ilə telefon söhbətində onu qorxudub?
Sakura

Tramp Zelenski ilə telefon söhbətində onu qorxudub?

Növbəti il ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olacaq Co Bayden Donald Trampa qarşı araşdırma başladılması barədə çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı MSNBC televiziyası yayıb. Məlumata görə, Bayden Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı etik prinsipləri pozduğunu bildirib.

Bayden qeyd edib ki, Tramp növbəti seçkilərdə qalib gəlməyəcəyini anladığı üçün səlahiyyətlərindən sui-istifadə edir. O tələb edib ki, danışığın stenoqramı araşdırılmalı və Trampın Zelenskiyə hansısa vədi və onu "qorxutması"nın səbəbi bilinməlidir.

Qeyd edək ki, Trampın Zelenski ilə telefon danışığı zamanı qanunu pozduğu iddia edilir. Məsələ ilə bağlı ABŞ xüsusi xidmət orqanları Konqresə şikayət ünvanlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR