Slimfit
  1. DÜNYA

Tramp yenə səhv etdi - "Balinalar şahzadəsi"

Tramp yenə səhv etdi - "Balinalar şahzadəsi"
Sakura

Tramp yenə səhv etdi - "Balinalar şahzadəsi"

ABŞ prezidenti Donald Trampın Uels şahzadəsi (Prince of Wales) yerinə "Balinalar şahzadəsi" (Prince of Whales) yazması yumor hədəfi olub.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir k, Tramp "Tvitter" hesabında bunları yazıb:

"Mən hər gün xarici hökümətlərlə görüşürəm. İngiltərə Kraliçası, Balinalar şahzadəsi, İngiltərə Baş naziri, İrlandiya Baş naziri, Fransa Prezidenti və Polşa Prezidenti ilə görüşdüm."

Uels şahzadəsi Çarlez üçün yanlışlıqla "Balinalar şahzadəsi" yazması izləyicilər tərəfindən gülüşlə qarşılanıb. Amerikalı jurnalist Graeme Demianik bir balinanı at arabasına minmiş şəkildə göstərən foto paylaşaraq yazıb: "Bu gün görüntülənən balinalar şahzadəsi"

Başqa bir jurnalist Hazel Şerinq isə bir dalğıcla balinanı yan-yana göstərən foto paylaşıb və yazıb: "Trampın "Balinalar şahzadəsi" ilə görüşündən fotolar"

Qeyd edək ki, bu səhvə hətta BBC kanalının xəbərlərində də yer verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR