Dərc edildi: Baxış sayı: 517
Tramp vətənə xəyanətdə ittham edilir - Həbsi tələb olunur
ABŞ-ın Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin rəhbəri, demokratların nümayəndəsi Adam Şiff prezident Donald Trampın “Ukrayna işi”nə görə həbs olunması tələbi ilə çıxış edib.
Redaktor.az ABŞ mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə “Ağ ev” rəhbəri “vətənə xəyanətə” görə ittiham edilməlidir.
Qeyd edək ki, Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı biznes fəaliyyətinin araşdırılmasını tələb edib.
İddialara görə, Tramp bu yolla 2020-ci ildə prezident seçkilərinə namizəd Co Baydenə siyasi zərbə vurmaq istəyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət