Dərc edildi: Baxış sayı: 462
Tramp Venesuelanın bütün aktivlərini dondurdu
ABŞ Prezidenti Donald Tramp Venesuela hökumətinin ABŞ yurisdiksiyasındakı aktivlərinin dondurulması barədə əmr imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, ABŞ-ın qadağalar siyahısına ölkənin Mərkəzi Bankı, PDVSA dövlət neft şirkətinin aktivləri də daxil olub. Əmrdə qadağanın Venesuelanın bütün siyasi bölmələri və təşkilatlarına aid edildiyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət