Slimfit
  1. DÜNYA

Tramp üçün növbəti şok: ikinci agent ortaya çıxdı

Tramp üçün növbəti şok: ikinci agent ortaya çıxdı
Sakura

Tramp üçün növbəti şok: ikinci agent ortaya çıxdı

Amerika kəşfiyyatının daha bir işçisi rəsmi raport vermək və prezident Donald Trampın Ukrayna ilə əlaqələri haqqında Konqres qarşısında çıxış etmək imkanına baxır.

Publika.az xəbər verir ki, bu haqda iki informasiyalı mənbə “The New York Times” qəzetinə danışıb.

Nəşrin məlumatına görə, potensial informatorda hadisələr haqqında daha əvvəl elan edilən şəxsdən daha dəqiq informasiya var. Qəzet yazır ki, yeni şikayət birinci informator – Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) anonim əməkdaşının sözlərinə etibarı yüksəldə bilər.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Tramp və Zelenski arasındakı telefon danışığına dair məktubu açıqlayıb. Bundan sonra – sentyabrın 25-də Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib.

İmpiçment prosedurunu tətikləyən telefon danışığına dair məktubun müəllifi isə CİA-nın əməkdaşıdır. Onun kişi olduğu və bir müddət əvvəl Ağ Evdə xidmət etdiyi, Ağ Evdəki vəzifəsindən ayrıldıqdan sonra CİA-ya qayıtdığı bildirilir.

Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığı impiçment üçün əsas hesab edilir. Məktuba görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını tələb edirdi. Demokratlar məhz bunda “seçkilərin bütövlüyünün pozulmasını” görürlər.

Qeyd edək ki, Bayden 2020-ci il prezident seçkilərində Trampın ən perspektivli opponenti hesab edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR