Dərc edildi: Baxış sayı: 423
Tramp Sudanı terror siyahısından çıxartdı
ABŞ Prezidenti Donald Tramp Sudanı beynəlxalq terrorizmin sponsorları siyahısından çıxarıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb. Sudanın yarım il ərzində beynəlxalq terrorizm aktlarına heç bir dəstək vermədiyi bildirilib.
Həmçinin Sudan hakimiyyətinin gələcəkdə beynəlxalq terrorizmi dəstəkləməyəcəyinə dair öhdəlik götürdüyü vurğulanıb.
Qeyd edək ki, bir müddət öncə Tramp Sudanın yeni hökumətinin terror qurbanları olan amerikalılara və onların ailələrinə 335 milyon dollar məbləğində təzminat ödəməyi qəbul etdiyi üçün bu ölkəni terror siyahısından çıxaracağını açıqlamışdı.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət