Dərc edildi: Baxış sayı: 647
Tramp Şirakın dəfnində iştirak etməyəcək
ABŞ-ı Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasimində ölkənin Fransa və Monako knyazlığındakı səfiri Ceymi Makkort təmsil edəcək.
“Qafqazinfo”nun məlumatına görə, müvafiq sərəncamı ABŞ Prezidenti Donald Tramp imzalayıb.
Dəfn mərasimində Rusiya Prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Fransanın 22-ci prezidenti J.Şirak sentyabrın 26-da 86 yaşında vəfat edib. O, ölkəyə 1995-2007-ci illərdə rəhbərlik edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət