Dərc edildi: Baxış sayı: 510
Tramp: Ruhani ilə görüşə hazıram
Uyğun şərtlər altında İran Prezidenti Həsən Ruhani ilə görüşməyə hazıram.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla birgə G7 sammiti çərçivəsində iştirak etdiyi mətbuat konfrasında çıxışı zamanı deyib.
O, bir neçə həftə ərzində belə bir görüşün keçiriləcəyini istisna etməyib:
“Hisslərim müsbətdir. İranlılar yaxşı oyunçular olmaq məcburiyyətindədirlər, əgər nə demək istədiyimi anlayırsınızsa... İddia etdikləri məsələni həyata keçirə bilməzlər. Əks halda, şiddətli güclə qarşı-qarşıya qalarlar. Məncə, görüşmək və mövcud vəziyyəti yoluna qoymaq istəyəcək (Ruhani nəzərdə tutulur -red). İndiki məqamda olduqca ağır iztirab çəkirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət