Tramp Putinlə razılaşdı – Ağ Evdən açıqlama
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp görüş zamanı silahlanmaya müasir nəzarət modeli ilə bağlı danışıqların davam etdirilməsi barədə razılaşıblar.
Axar.az xəbər verir ki, bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb.
“Prezidentlər ölkələrin XXI əsrdə silahlanma üzərində nəzarət modeli ilə bağlı danışıqların davam etdirilməsi barədə razılaşıblar. Tramp qeyd edib ki, bu modelə Çin də qoşulmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp-Putin görüşü Osaka şəhərində baş tutub.
Bundan öncə Rusiya və ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxdıqlarını bəyan ediblər. Müqavilədən ilk çıxan ABŞ buna səbəb kimi Rusiyanın razılaşmaya əməl etməməsini göstərib. Üstəlik, ABŞ razılaşmaya digər dövlətlərin, özəlliklə də Çinin qoşulmasını tələb edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət