Tramp Putin və Səudiyyə kralı ilə neft mövzusunda "yaxşı söhbət" etdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman ilə "yaxşı söhbət” etdiyini söyləyib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, jurnalistlər qarşısında açıqlama verən ABŞ lideri qeyd edib ki, "OPEC+" neft qiymətlərini sabitləşdirmək üçün hasilatını azaltmağa dair razılaşmaya yaxındır: "Çox yaxşı söhbətimiz oldu. Görək, nə baş verəcək. Bildiyiniz kimi, OPEC bu gün bir araya gəldi. Deyərdim ki, razılaşma yaxınlaşır. Tezliklə müsbət həlli tapacağıq”.
Son "OPEC+" sazişinin yaxın günlərdə elan ediləcəyini vurğulayan Ağ Ev rəhbəri bildirib ki, liderlərlə söhbət bir saatdan çox davam edib.
Tramp əlavə edib ki, ABŞ aşağı neft qiymətlərində maraqlı deyil, çünki bu, qlobal tənəzzülə səbəb olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət