Dərc edildi: Baxış sayı: 573
Tramp onda koronavirus əlamətlərinin olmadığını bildirib
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında onda koronavirus simptomlarının olmadığını, buna görə xüsusi bir testdən keçməyə ehtiyac görmədiyini bildirib.
APA TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evin həkimi ilə də danışıdığını deyib:
"Koronavirus testini vacib saymıram, lakin bunu edə bilərəm. Test üçün heç bir səbəb görmürəm, özümü çox yaxşı hiss edirəm. Ağ Evin həkimi ilə də danışdım. O da təsdiqlədi ki, virusun heç bir əlaməti yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət