Dərc edildi: Baxış sayı: 456
Tramp növbəti dəfə İraqı sanksiyalarla hədələyib
ABŞ prezidenti Donald Tramp növbəti dəfə İraqı sanksiyalarla hədələyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Yunanıstanın baş naziri Kiriakos Misotakislə görüşdə bildirib.
“Əgər İraq rəhbərliyi Amerika tərəfinə qarşı hörmətsiz aparsa, ABŞ İraqa qarşı sanksiyalar tətbiq edə bilər”, - deyə Donald Tramp bildirib.
"Mən sanksiyalar haqqında danışırdım, amma yalnız bizə hörmətsiz yanaşacaqları təqdirdə bu haqda danışırdım”, - deyə ABŞ dövlət başçısı bildirib.
“Bizimlə hörmətlə rəftar etməlidirlər”, - Tramp əlavə edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət