Dərc edildi: Baxış sayı: 530
Tramp nazirin soyadını səhv yazdı - Tvitini sildi
ABŞ Prezidenti Donald Tramp Müdafiə naziri Mark Esperin soyadını səhv yazdığı Suriya ilə bağlı Tvitter mesajını silməli olub.
Teleqraf.com-un məlumatına görə, öz ölkəsinin müdafiə nazirinin soyadını Esper əvəzinə, “Esperanto” şəklində yazan Trampın ilk tvitində deyilirdi:
“Atəşkəs qaydasında gedir. Tez başa çatan bəzi kiçik münaqişələr var. Kürdlər yeni bölgələrdə məskunlaşırlar. ABŞ qoşunları münaqişə və ya atəşkəs zonalarında deyil. Neftin təhlükəsizliyini təmin etdik. Əsgərlərimizi evə gətiririk”.
Soyadı səhv yazdığı üçün tvitini yeniləməli olan Trampın ikinci yazısında sonuncu cümlənin olmamağı da diqqət çəkib. Həmçinin bu dəfə o, Mark Esperin adını işarələyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət