Dərc edildi: Baxış sayı: 520
Tramp müttəfiqlərini təhdid etdi: Büdcəni artırın!
ABŞ NATO büdcəsinə lazımi ödəniş etməyən ölkələri ticarət rıçaqları vasitəsilə ödəniş etməyə məcbur edəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər ölkələr NATO-ya ümumdaxili məhsullarının 2%-i həcmində ödəniş etməsələr, ABŞ böyük ehtimalla ticarətlə bağlı bəzi tədbirlər görəcək”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə NATO büdcəsi üçün ödənişləri azaltmaq qərarı qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət