Dərc edildi: Baxış sayı: 500
Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru postuna namizədini açıqlayıb
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru postuna respublikaçı konqresmen Con Retkoiffin namizədliyini irəli sürəcəyini deyib.
“Report” xəbər verir ki, o bunu "Twitter" mikrobloqunda yazıb.
"Xəbər verməyə şadam ki, Texasdan olan konqressmen Con Retkliff tərəfimdən Milli Kəşfiyyat İdarəsinin direktoru postuna irəli sürüləcək. Hazırkı direktor Den Kouts avqustun 15-də vəzifəsini tərk edəcək", - deyə Tramp bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət