Dərc edildi: Baxış sayı: 479
Tramp Lavrova işgüzar təklif edib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-a səfəri zamanı ölkə başçısı Donald Tramp ona işgüzar təklif edib.
“Kommersant” xəbər verir ki, Tramp Lavrova Rusiya tərəfi ilə ticarət dövriyyəsini bir neçə dəfə artırmağı təklif edib.
Məlumata görə, işgüzar təkliflə çıxış edən Tramp bu istiqamətdə konkret hansı fəaliyyətlərin görülməsi məsələsinə toxunmayıb.
Xatırladaq ki, Trampla görüşdən sonra Rusiyanın XİN rəhbəri ölkələr arasında sanksiyalara baxmayaraq ticarət dövriyyəsinin 20 milyard dollardan 27 milyard dollara yüksəldiyini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət