Tramp üçün milyon dollarlıq 4 ədəd dəfn avtomobili sifariş etdilər
Ens.az xəbər verir ki, BŞ prezidenti Baş Nazir və Xarici İşlər Naziri ilə görüş üçün İrlandiyaya rəsmi səfər edib. Ağ ev səfər üçün yerli cənazə xidmətləri bürosundan milyon dollara 4 dəfn avtomobili icarəyə götürüb.
Xeyr, bu zarafat deyil. Ağ ev Kler qraflığındakı Dunbeq kəndinə qısa səfəri zamanı JP Ward & Sons irland adlı özəl cənazə xidmətləri bürosundan Donald Tramp üçün dəfn maşınları icarəyə götürüb. Dərd ədəd lüks avtomobil Amerikanın büdcəsinə milyon dollara başa gəldi - daha dəqiq desək 935033 dollar, hər kilometr üçün 72640 dollar. Amma bu, Tramp administrasiyasını heç qorxutmadı.
The Guardian xəbər verir ki, Ağ ev səfər üçün ödənişi dörd dəfəyə edib. Amma Tramp Baş Nazirin görüşünə aeroportdan ABŞ-dan gətirilən zirehli Chevrolet Suburban yolsuzluq avtomobili lə yollanıb, sonra isə vertolyota minib. 2013-cü ilin iyun ayında JP Ward & Sons Barak Obama üçün avtomobillər icarəyə veriri, amma o zaman onlara bu xidmət 114 min dollara başa gəlmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət