Dərc edildi: Baxış sayı: 544
Tramp İranı təhqir etdi - “Axmaq olmayın”
Tehran Vaşinqtonun əvvəlcədən elan etdiyi tələblərə əməl etmək qərarına gəlsə, ABŞ İrana qarşı sanksiyaları ən qısa müddətdə ləğv edə, iqtisadi durumlarının yaxşılaşdırılmasına kömək edə bilər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Tramp İran hökumətini nüvə proqramından imtina etməyə çağırıb:
“İran rejimi nüvə silahı əldə etmək cəhdlərindən əl çəkməli, terrorun yayılmasını dayandırmalı və öz xalqının xeyrinə işləməyə başlamalıdır. Sərt sanksiyalara görə İran iqtisadiyyatı ciddi şəkildə zəiflədi. Qısa müddətdə onu yaxşılaşdırmağa kömək edə bilərik, amma bunu istəməmək çox axmaqlıqdır. Biz buradayıq. Görək hansı yolu seçirlər. Bu, tamamilə onlardan asılıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət