Dərc edildi: Baxış sayı: 526
Tramp İran rəhbərliyini "eqoist və axmaq" adlandırdı
İran liderləri yeni nüvə sazişini bağlamaqdan imtina edərlərsə, onlar eqoist və axmaqdırlar.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, İran iqtisadiyyatı indi faciəli vəziyyətdədir.
“Onlar (İran rəhbərliyi - red.) bunu sürətli və ya 10 il sonra həll edə bilərlər. Onlara qarşı sərt sanksiyalar qüvvədədir. Onlar bu sanksiyalarla yaşamalıdır. Mən əmin deyiləm ki, İran rəhbərliyi öz xalqına görə narahatdır. Əgər narahat olurlarsa, onda sazişi bağlayacaqlar, əgər narahat deyillərsə, onda onlar yalnız özləri haqqında düşünürlər və onlar eqoist və axmaqdırlar”, - ABŞ prezidenti jurnalistlərə söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət