Dərc edildi: Baxış sayı: 485
Tramp Ina görə BMT-yə qarşı çıxmağa hazırdır – Şərti var
ABŞ prezidenti Donald Tramp müəyyən şərtlər daxilində Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 3 il müddətinə ləğv etməyə hazır olduğunu bildirib.
Bu barədə Ağ Evdəki mənbələrə istinadən "Time" yazır.
Mənbələrin sözlərinə görə, Tramp "Yonben"dəki nüvə reaktorunu sökdüyü və zənginləşdirilmiş uran istehsalını dayandırdığı təqdirdə, BMT-nin KXDR-a parça və kömür çatdırılmasına qoyduğu sanksiyaları üç il müddətinə ləğv edə bilər.
Qeyd edilir ki, BMT-nin sanksiyaları dayandırmağa razılaşmadığı halda isə, ABŞ hökuməti bu məhdudiyyətlərə riayət edilməsini müvəqqəti dayandıra bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət