Dərc edildi: Baxış sayı: 447
Tramp: “İkinci dalğada iqtisadiyyatı dayandırmayacağıq”
ABŞ Prezidenti Donald Tramp koronavirusun ikinci dalğası başlayacağı təqdirdə ölkə iqtisadiyyatını dayandırmayacağını açıqlayıb.
“HaberGlobal” məlumat verir ki, o, bunu Miçiqan ştatında “Ford” istehsal müəssisəsinə səfəri zamanı jurnalistlərə bildirib.
Ona verilən “COVID-19-un ikinci dalğasından qorxursunuzmu?” sualına ABŞ prezidenti “İnsanlar bunun uzaq ehtimal olduğunu deyirlər. Ancaq ikinci dalğa ortaya çıxarsa, sakitlik yaradacağıq. Ölkəmizin iqtisadi fəaliyyətini dayandırmayacağıq”, - deyə cavablandırıb.
O qeyd edib ki, ölkəsi epidemiya prosesində çox şey öyrənib, qarşıdan gələn dalğalara tamamilə hazırdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət