Slimfit
  1. İQTİSADİYYAT

Tramp “Huawei” şirkətinə verilən lisenziyanın müddətini uzatmayacaq

Tramp “Huawei” şirkətinə verilən lisenziyanın müddətini uzatmayacaq
Sakura

Tramp “Huawei” şirkətinə verilən lisenziyanın müddətini uzatmayacaq

ABŞ “Huawei” telekommunikasiya şirkətinə verdiyi müvəqqəti lisenziyanın müddətini uzatmağı düşünmür.

"Report" CNBC kanalına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp bəyan edib. Tramp hazırda Çinin “Huawei” şirkəti ilə hər hansı bir iş görmək istəmədiyini açıqlayıb.

“Çox güman ki, biz onlarla iş görməyəcəyik, mən, ümumiyyətlə, bunu istəmirəm. Çin şirkəti ABŞ-ın milli təhlükəsizliyinə qarşı təhdiddir”.

Məlumata görə, lisenziya müddəti 2019-cu il avqustun 19-da bitir.

Xatırladaq ki, ABŞ administrasiyası sözügedən şirkəti Çin hərbi rəhbərliyi və kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edərək istifadəçiləri izləməməsindən də şübhələndiyini bildirib. Bununla bağlı Ağ Ev bir çox ölkələrə 5G mobil rabitə sisteminə keçən zaman “Huawei” avadanlıq və infrastrukturundan istifadə etməmələri üçün təzyiq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR