Dərc edildi: Baxış sayı: 331
Tramp Honkonqda insan hüquqlarının müdafiəsini qanuniləşdirdi
ABŞ prezidenti Donald Tramp Honkonqda insan hüquqları haqqında qanunu imzalayıb.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Sənədə əsasən Amerika administrasiyası Çinin xüsusi inzibati ərazisində vəziyyət haqqında qanunvericilər qarşısında daim hesabat verəcək.
Bundan əlavə Honkonqda insan hüquqlarını pozan şəxslər barəsində sanksiyaların tətbiqi imkanı nəzərdə tutulur.
Daha əvvəl qanun lahiyəsini ABŞ Konqresinin hər iki palatası bəyənib. Çin hakimiyyəti sənədin qəbulu ilə bağlı ABŞ-a qəti etirazını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət