Dərc edildi: Baxış sayı: 520
Tramp Honkonqa görə Çinə cavab hazırlayır
ABŞ bir neçə gün ərzində Çinə Honkonqdakı fəaliyyətlərinə görə görəcəyi tədbirləri açıqlayacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bəzi şeyləri indi edirik. Məncə, siz bunu maraqlı hesab edəcəksiniz, amma bunun haqqında indi yox, bir neçə gün sonra danışacağam”, – deyə o bildirib.
O, görüləcək tədbirlərin çox güclü olacağını deyib.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Çinin Honkonqu ələ keçirəcəyi təqdirdə ona qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət