Slimfit
  1. DÜNYA

Tramp Ərdoğana 100 milyardlıq saziş təklif edib

Tramp Ərdoğana 100 milyardlıq saziş təklif edib
Sakura

Tramp Ərdoğana 100 milyardlıq saziş təklif edib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfəri ərəfəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi, habelə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemləri ətrafındakı ziddiyyətləri həll etməyin mümkün yolları haqqında təklif irəli sürüb. “Qafqazinfo” xəbə verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.

“Tramp keçən həftə Ərdoğana ünvanladığı yeni məktubda Türkiyə Prezidentinə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərini alması ilə əlaqədar ABŞ-ın sanksiyalarının qarşısını almaq üçün 100 milyard dollarlıq bir sövdələşmə və bir həll yolu tapılmasının hələ mümkün olduğunu söyləyib”, - deyə nəşr ABŞ Prezident Administrasiyasındakı yüksək səviyyəli mənbələrə istinadən yazıb. 

“Biz bunu (ticarət təklifi – red.) türklər Suriyaya girəndə  gündəmdən çıxartdıq. Ancaq atəşkəs barədə razılıq əldə etdikdən sonra hazırkı səfərin də daxil olduğu təkliflər paketinin bərpasına qərar verdik”, -deyə mənbələrdən biri qəzetə açıqlamasında deyib.

Qeyd edək ki, Trampla Ərdoğanın bu gün görüşü planlaşdırılıb.

Xatırladaq ki, rəsmi  Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Ankaranın “S-400” alması, ABŞ-ın Türkiyəni istehsal zəncirindən kənarlaşdırması və eləcə də Amerikanın “F-35” qırıcılarının alınması ilə nəticələnib.

Bundan əlavə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bildirmişdi ki, “S-400” sazişi qüvvədə qalacağı təqdirdə, Konqresin təsdiqlədiyi “ABŞ-ın düşmənlərinə qarşı sanksiyalar” (CAATSA) qanunu ilə Türkiyəyə sanksiya tətbiq ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR