Slimfit
  1. DÜNYA

Tramp dünyaya təhlükə yaradır - Sorğu keçirildi

Tramp dünyaya təhlükə yaradır - Sorğu keçirildi
Sakura

Tramp dünyaya təhlükə yaradır - Sorğu keçirildi

Almanlar hesab edir ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In və İranın ali lideri Ayətullah Əli Xamenei ilə müqayisədə daha təhlükəlidir.

Publika.az xəbər verir ki, ABŞ-ın araşdırma şirkəti olan "YouGov" bu barədə sorğu keçirib.

Sorğu Almaniyanın "DPA" xəbər egentliyinin sifarişi əsasında, 16-18 dekabrda, 2024 nəfərin iştirakı ilə baş tutub.

Nəticələrə əsasən, respondentlərin 41%-i Trampı, Rusiya, Şimali Koreya, Çin və İran liderləri ilə müqayisədə daha təhlükəli hesab ediblər. 17% Kim Çen Inı beynəlxalq təhlükəsizliyə əsas təhdid adlandırıb. Sorğuda iştirak edənlərin 8%-i Vladimir Putinlə Xameneini, 7% isə Çin rəhbəri Si Cinpini əsas təhdid kimi görüb.

Qeyd edək ki, ötən il keçirilən sorğuda respondentlərin 48%-i Trampı təhlükəsizliyə təhdid kimi görmüşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR