Dərc edildi: Baxış sayı: 522
Tramp “Dorian”dan zərər çəkmiş zonaya getmədi
ABŞ Prezidenti Donald Tramp “Dorian” qasırğasından zərər çəkən Şimali Karolina rayonuna səfərini təxirə salıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Ağ Ev nümayəndəsi Cadd Dirin sözlərinə görə, ölkə başçısı plana əsasən zərər çəkən rayonları avtomobil korteji və ya vertolyotda gəzə bilməyəcək. Təbii fəlakətdən zərər çəkən Heyvlok şəhərində hazırda ildırımla müşahidə olunan yağış yağır.
Belə bir qərarın verilməsinin səbəbi dəqiqləşdirilmir. Lakin Tramp Şimali Karolinada tərəfdaşlarının əvvəlcədən planlaşdırılmış mitinqində çıxış edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət