Dərc edildi: Baxış sayı: 607
Tramp dəvəti qəbul edərsə, ABŞ tarixində ilk olacaq
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı paytaxt Pxençana dəvət edib.
Publika.az xəbər verir ki, əgər Tramp bu dəvəti qəbul etsə, Şimali Koreyaya gedən ilk ABŞ prezidenti olacaq.
“Joongang Ilbo” qəzetinin diplomatik qaynaqlara istinadən verdiyi məlumata görə, Kim Çen Trampla daha bir zirvə keçirmək istəyir. Dəvət isə məktub vasitəsilə avqust ayında ABŞ tərəfinə göndərilib. Tramp dəvətə “bu il ərzində alınar” cavabını verib.
Qeyd edək ki, Kim Çen və Tramp 2018-ci ilin iyun ayından bəri Şimali Koreyanın nüvə və raket proqramını müzakirə etmək üçün 3 dəfə görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət