Tramp demokratların impiçmenti yubandırmalarına etiraz edib
ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi başda olmaqla, demokratların impiçment çərçivəsində Senatdakı prosesi təxirə salmasına, ittiham maddələrini yuxarı palataya göndərməkdən imtina etmələrinə bir daha etirazını bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərinin özünün "Twitter"dəki səhifəsində bölüşüb.
"Bir dəfə Nümayəndələr Palatasındakı yerindən və spiker postundan məhrum olunan Nensi Pelosi tezliklə yenidən bu vəzifələrdən məhrum olacaq, heç bir respublikaçı tərəfindən dəstəklənməmiş impiçmentin (maddələrinin-red) (Senata-red) göndərilməsini təxirə salmaq üçün gücü çatan hər şeyi edir", - deyə ABŞ prezidenti yazıb.
Trampın fikrincə, aşağı palatadakı demokratlar beləliklə "Senatı özlərinə tabe etməyə" çalışırlar.
"Dəli Nensinin prosesi Senata çəkməyə nə hüququ var? Heç bir! Onun sübutları pisdir və belə etməyə çalışır ki, nəticə onun üçün pis olmasın. Cadugər ovu indi Senatdakı proseslə bitməlidir", - prezident əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət