Slimfit
  1. DÜNYA

Tramp bu qərarı ilə Putini hiddətləndirəcək

Tramp bu qərarı ilə Putini hiddətləndirəcək
Sakura

Tramp bu qərarı ilə Putini hiddətləndirəcək

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci sanksiya paketinin tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri iki amerikalı mənbəyə istinadən məlumat yayıb.

Məhdudlaşdırıcı tədbirlər Böyük Britaniyanın Solsberi şəhərində toksik maddə “Noviçok”dan istifadəyə görə tətbiq olunacaq.

Qeyd olunur ki, Dövlət Departamenti və Maliyyə Nazirliyi sanksiya paketini martın sonunda hazırlasalar da, Amerika lideri sənədi imzalamağı təxirə salıb. 

Nəşr yazır ki, Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxmaq istəməməsi səbəbindən sanksiyaların ikinci dövrəsini xüsusi olaraq dondurub.

Xatırladaq ki, Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızı Yuliya 2018-ci ilin  martında Böyük Britaniyanın Solsberi şəhərində “Noviçok”dan zəhərlənib. Baş vermiş hadisəyə görə rəsmi London Rusiyanı ittiham edib. Moskva isə ittihamı qəbul etməyib.

Bundan sonra rəsmi Vaşinqton 2018-ci ilin avqustunda Rusiyaya qarşı sanksiya tətbiq edib. 

Ata ilə qızının öldüyü barədə informasiyalar yayılsa da, bir müddət öncə İngiltərənin Rusiyadakı səfiri Lori Bristou açıqlamasında Skripalların yaşadığını təsdiq edə biləcəyini söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR