Slimfit
  1. DÜNYA

Tramp bu divara görə hər həftə 1.2 milyard itirir

Tramp bu divara görə hər həftə 1.2 milyard itirir
Sakura

Tramp bu divara görə hər həftə 1.2 milyard itirir

ABŞ Prezidenti Donald Tramp və demokratlar arasında ölkənin cənub sərhədlərinin təhlükəsizliyi məsələsində baş verən fikir ayrılığı tarixdə ən uzunmüddətli hökumət bağlanması ilə nəticələndi.

Axar.az xəbər verir ki, iqtisadçı ekspertlər hökumətin bağlanmasının bir qədər də davam edəcəyi halda ABŞ-ın itirdiyi vəsaitin Meksika ilə sərhəddə divar tikintisi üçün tələb olunan 5.7 milyard dollardan artıq olacağını bildirib.

Trampın planına əsasən, 5.7 milyard dollar hesabına başa gələcək divar Meksikadan gələn miqrant axınının qarşısını almalıdır. Demokratların bir qrupu isə hətta Trampın divarın bütün sərhəd boyu deyil, yalnız kritik əhəmiyyətə malik ərazilərdə tikilməsinə razılaşmasından sonra belə qətiyyətlə belə bir plana qarşı çıxır.

“S&P Global” şirkətinin analitiki Bet Enn Bovinonun hesablamalarına görə, ABŞ orta hesabla həftə ərzində hökumətin fəaliyyətinin dayanması səbəbindən 1.2 milyard dollar itirir. Beləliklə, ötən 4 həftə ərzində ümumi itkinin məbləği 5 milyarda yaxınlaşır. Növbəti həftədə isə bu rəqəm divar tikintisi üçün lazım olan 5.7 milyard dollardan artıq olacaq.

Ekspertlərin fikrincə, ABŞ-ın bu vəziyyətdən yaxın günlərdə yaxa qurtarması da mümkün deyil. Çünki nə demokratlar, nə də Tramp qarşı-qarşıya gəldikləri bu məsələdə kompromisə getmək istəyir.

Qeyd edək ki, ABŞ-da hökumət fəaliyyətini 22 dekabrda dayandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR