Dərc edildi: Baxış sayı: 401
Tramp birinci müavin vəzifəsinə namizədini açıqladı
ABŞ Prezidenti Donald Tramp dövlət katibinin birinci müavini vəzifəsinə namizədini irəli sürüb.
“Ria Novosti” yazır ki, D.Trampın namizədi ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqadır.
Dövlət katibinin birinci müavini Con Sallivanın yerinə Miçiqan ştatından Stiven Biqanın namizədliyinin Senata göndərildiyi bildirilir.
C.Sallivanın isə ABŞ-ın Rusiya Federasiyasında səfiri vəzifəsinə namizədliyinin təsdiqlənəcəyi gözlənilir.
O, Dövlət Departamentində terrorizmə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq barədə danışıqlar aparılmasına məsul olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət