Dərc edildi: Baxış sayı: 445
Tramp bəzi ölkələrdən ABŞ-a metal ixracı qaydalarını yüngülləşdirib
ABŞ prezidenti Donald Tramp metal idxalı üçün müəyyən edilmiş kvotadan seçici istisnalara icazə verən bir neçə fərman imzalayıb.
“Report” xəbər verir ki, bundan sonra ABŞ-ın ticarət naziri metal və alümin tədarükü üzrə kvotalara cavabdehlik hüququ qazanıb.
Birləşmiş Ştatların Ticarət Nazirliyinin bəyanatına əsasən, Cənubi Koreya və Braziliya metal tədarükü üzrə, Argentina isə Birləşmiş Ştatlara onlarla yanaşı alümin ixracı da istisna hüququ alıb.
Bundan əlavə, Amerika şirkətləri həmçinin yerli istehsalçılar polad və alümin məmulatlarına olan tələbatı ödəyə bilməyəcəyi təqdirdə, kvotadan kənara çıxmaq xahişi edə biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət