Dərc edildi: Baxış sayı: 316
Tramp Baydeni üstələyir - Yeni sorğu
ABŞ vətəndaşlarının əksəriyyəti keçmiş lider Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyinə inanır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Rasmussen Reрorts” tədqiqat mərkəzinin dərc etdiyi sosioloji sorğunun nəticələrində deyilir.
Belə ki, sorğu iştirakçılarının 56%-i Trampın ABŞ-ın hazırkı prezidenti Co Baydenə qalib gəlmə ehtimalının olduğunu bildirib.
Sorğunun nəticələrinin statistik səhvi 3 faiz bəndidir. Araşdırma aprelin 11, 14 və 15-də aparılıb. Sorğuda mindən çox insan iştirak edib və onlar 2024-cü ildə keçiriləcək prezident seçkilərində səs vermək niyyətindədirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət