Dərc edildi: Baxış sayı: 532
Tramp baş nazirlə razılaşdı: Qrenlandiya...
Danimarka Baş naziri Mette Frederiksenlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb. Agentlik danışıqların konstruktiv qaydada keçdiyini bildirib.
Danimarka baş nazirinin mətbuat xidməti isə telefon danışığının detallarının açıqlanmayacağını bəyan edib.
“Blumberq” agentliyi isə Danimarka və onun Qrenlandiya muxtariyyətı arasında Arktikanın artan strateji rolu ilə əlaqədar müdafiə və təhlükəsizliyin artırılması istiqamətində razılığın əldə olunduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət